- 16:53
2026-cı ilin ilk dörd ayında Rusiya Çinə neft tədarükünü 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10% artırıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya nümayəndə heyətinin Çinə səfəri zamanı "Rusiya-24" telekanalına bildirib.
"2025-ci ildə tədarüklər təxminən 100 milyon ton təşkil edib. Bu ilin ilk 4 ayında tədarükün həcmi 10% artıb", - Novak deyib.
O bildirib ki, hazırkı vəziyyətdə, dünya bazarında mövcud problemlər fonunda, Çin kimi dost tərəfdaşlar neftin uzunmüddətli tədarükündə və həcmlərin artırılmasında maraqlıdırlar: “Biz bunu təmin etməyə hazırıq.”
Humay Eminqızı