Çexiya Aİ-nin İsrailə qarşı ticarət sanksiyalarının qarşısını alacaq


  • 16:47

Çexiya Avropa İttifaqının (Aİ) İsrailə qarşı növbəti ticarət sanksiyalarının qəbuluna icazə verməyəcək və lazım gələrsə, onların qarşısını alacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Petr Masinka respublikada səfərdə olan İsrailin xarici işlər naziri Gideon Saar ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"Biz İsrailə qarşı Aİ tərəfindən heç bir əlavə ticarət sanksiyalarına icazə verməyəcəyik, hətta bunu qəbul edən yeganə üzv dövlət olaraq onları bloklamağımız lazım olsa belə. Biz, şübhəsiz ki, Aİ-nin İsraillə Assosiasiya Sazişindən imtina edilməsinə və ya dondurulmasına icazə verməyəcəyik", - deyə nazir bildirib.

O deyib ki, İsrailin çoxlu düşməni olsa da, Çexiya onun dostları sırasındadır.

Humay Eminqızı

Oxşar xəbərlər