- 16:47
"Bu gün dünya bazarları Rusiya nefti və neft məhsulları olmadan fəaliyyət göstərə bilmir, buna görə də sanksiyalar tətbiq edən ölkələr belə öz məhdudiyyətlərini ləğv etməyə məcburdurlar".
E-huquq.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya nümayəndə heyətinin Çinə səfəri zamanı bildirib.
Novak vurğulayıb ki, bazarda vəziyyət Hörmüz boğazının bağlanması səbəbindən çox gərgindir.
"Enerji resurslarının bazara tədarükünü təmin etmək üçün hətta bizim neftimizə qarşı sanksiyalar tətbiq edən ölkələr belə bu sanksiyaları ləğv etməyə və ya dayandırmağa məcburdurlar. Bu gün Böyük Britaniya da bəyan edib ki, Rusiya neftindən emal olunmuş neft məhsullarını almağa hazırdır. Yəni onlar əvvəllər qəbul etdikləri qərarları özləri ləğv edirlər və bu, açıq şəkildə göstərir ki, dünya bazarları bu gün Rusiya nefti və neft məhsulları olmadan fəaliyyət göstərə bilmir" - deyə Novak əlavə edib.
Humay Eminqızı