Hatayda leysan nəticəsində torpaq sürüşməsi baş verib, ölən var


  • 09:44

Türkiyənin Hatay vilayətində yağan güclü yağış bir sıra fəsadlar törədib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, güclü yağışdan sonra bəzi küçə və yolları su basıb.

Antakya rayonunda yamacda yerləşən ev torpaq sürüşməsi nəticəsində uçaraq yola düşüb.

Hadisə yerinə AFAD, xilasedicillər və polis qrupları göndərilib. Dağıntılar altından 3 nəfər xilas edilib, bir nəfərin meyiti isə çıxarılıb.

Sel nəticəsində Antakya-Samandağ avtomobil yolunda körpü uçub.

Evlərin birinci mərtəbələrini su basıb, avtomobilləri sel aparıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər