- 11:00
Türkiyənin Düzcü vilayətində qocalar evində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Düzcenin Kaynaşlı rayonunda yerləşən qocalar evinda gecə saatlarında liftin mühərrikindəki nasazlıq səbəbindən yanğın başlayıb. Hadisə yerinə polis, jandarma tibb qrupları və yanğınsöndürənlər cəlb edilib.
Yanğınla əlaqədar 54 nəfər təxliyə edilib.
Mərkəzdə qalan 25 nəfər yataq xəstəsi olan yaşlı sakin Kaynaşlı Dövlət Xəstəxanasına aparılıb.
Yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə götürülüb və söndürülüb.
Şəbnəm Mehdizadə