Ebola virusuna qarşı peyvəndin hazırlanması 9 ay çəkə bilər


  • 10:16

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında yayılan Ebola virusuna qarşı peyvəndin hazırlanmasının təxminən 9 ay çəkə biləcəyini açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus məlumat verib.

O bildirib ki, hazırda “Bundibugyo” ştamına qarşı iki peyvənd namizədi mövcuddur, lakin hələ klinik sınaqlardan keçməyib.

Baş Direktorun sözlərinə görə, epidemiya zamanı 600 yoluxma faktı və 139 ölüm qeydə alınıb və bu rəqəmlərin artacağı istisna edilmir.

Qebreyesus deyib ki, ilk yoluxma Konqonun İturi bölgəsində qeydə alınıb. Uqandada isə 2 yoluxma faktı aşkar edilib, yoluxanlardan biri ölüb.

ÜST bazar günü epidemiya ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Lakin bu vəziyyətin hələ pandemiya səviyyəsində olmadığını vurğulanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər