- 11:00
Mark Zukerberqin rəhbərlik etdiyi "Meta" şirkəti işçilərinin təxminən 10%-ni ixtisar edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət eyni zamanda 7000 işçini süni intellekt (AI) bölmələrinə yenidən təyin edir.
Zukerberq ixtisarların süni intellektin inkişafı ilə bağlı olduğunu bildirib, işçilərə təşəkkürünü çatdırıb və 2026-cı ildə əlavə ixtisarların olmayacağını qeyd edib.
O, süni intellektin hazırkı dövrün ən vacib texnologiyası olduğunu vurğulayıb və bu sahədə lider şirkətlərin gələcək nəsli formalaşdıracağını söyləyib.
O, hələ aprel ayında təxminən 8000 işçinin işdən çıxarılacağını və 6000 vakant vəzifənin qalacağını bildirmişdi. Lakin işdən çıxarılanlar çərşənbə günü bu barədə məlumatlandırılıb.
Zukerberq işdən çıxarılan əməkdaşların ABŞ-də dörd aylıq əmək haqqı və əlavə kompensasiya alacağını, tibbi sığorta və miqrasiya dəstəyi də təmin olunacağını söyləyib.
Şəbnəm Mehdizadə