- 10:31
"Ukrayna Silahlı Qüvvələri Rusiyanın paytaxtı Moskvaya və digər şəhərlərə endirilən zərbələrə görə hərbi məsuliyyət daşıyacaq".
E-huquq.az xəbər verir ki, bunu hazırda Banqkok şəhərində işgüzar səfərdə olan Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.
"Çünki Rusiya Ukraynadan fərqli olaraq, müharibəni hərbçilərlə aparır. Bizim bütün cavab tədbirlərimiz bu hərəkətlərin birbaşa günahkarlarına qarşı yönəlir. Aydındır ki, bütün istintaq tədbirləri həyata keçiriləcək. Bunun üçün əks-kəşfiyyat xidməti və digər güc strukturları mövcuddur. Onlar bu zərbələrin arxasında kimin dayandığını, kimin günahkar olduğunu dəqiq müəyyən edəcəklər. Həmin şəxslər nə hərbi, nə də məhkəmə məsuliyyətindən yayına bilməyəcəklər. Bu istiqamətdə bütün lazımi addımlar atılacaq", - deyə o qeyd edib.
Miroşnik əminliklə bildirib ki, münaqişəni qızışdıran və maliyyələşdirən Avropa ölkələrinin bütün nümayəndələri nəticə etibarilə törətdikləri cinayətlərə görə cavab verəcəklər.
Humay Eminqızı