"AZAL təyyarəsinin qəzasında həlak olanların yaxınları sığorta ödənişləri alacaqlar"


  • 11:55

2024-cü ildə Aktau yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Qazaxıstan vətəndaşlarının qohumları və digər vərəsələri sığorta ödənişləri alacaqlar.

E-huquq.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib.

Bozumbayevin sözlərinə görə, zərərçəkənlərin ailə üzvlərinin bir qisminə artıq ödənişlər edilib.

O həmçinin qeyd edib ki, bəzi ailələrdə ödənişin kimin alacağını müəyyən etmək üçün məhkəmə prosesləri gedir.

Humay Eminqızı

Oxşar xəbərlər