- 13:45
Rusiyanın Perm vilayətində şagirdin məktəbdə fişəng partlatması nəticəsində 3 nəfər xəsarət alıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rsuiya Təhsil Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə Çaykovski şəhərində yerləşən 8 nömrəli məktəbdə dərs zamanı baş verib.
5-ci sinif şagirdi fişəngi məktəbə gizli keçirib.
Partlama nəticəsində 3 şagird yanıq xəsarətləri alıb. Onlara ilkin tibbi yardım göstərilib.
Hadisənin səbəbləri araşdırılır.
Humay Eminqızı