ABŞ 26 əcnəbi vətəndaşa viza sanksiyaları tətbiq edib


  • 13:25

ABŞ qanunsuz balıq ovunun təşkilində iştirak edən 26 əcnəbi vətəndaşa qarşı ilk dəfə olaraq viza sanksiyaları tətbiq edib.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

"Dövlət Departamenti qanunsuz, qeydiyyatsız və tənzimlənməyən balıq ovu, həmçinin bununla əlaqəli fəaliyyətə görə məsuliyyət daşıyan 26 xarici vətəndaşa qarşı viza məhdudiyyətləri tətbiq edir", - qurumun saytında yayımlanan açıqlamada bildirilir.

Bu sanksiyalar çərçivəsində ABŞ nadir və nəsli kəsilmək təhlükəsi altında olan balıq növlərinin ovlanmasına görə bir keçmiş Argentina rəsmisinin və bir Meksika vətəndaşının vizalarını da ləğv edib.

Məlumata görə, müvafiq qanunvericilik ABŞ prezidenti Donald Trampın 2025-ci ildə verdiyi sərəncama əsasən qəbul edilib. Belə sanksiyalar praktikada ilk dəfə tətbiq edilib.

Humay Eminqızı

Oxşar xəbərlər