- 13:45
Ukrayna artıq dövlət kimi uğursuzluğa düçar olub.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Ukrayna beynəlxalq təşkilatların qrantları, kreditləri və Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının birbaşa maliyyə dəstəyi hesabına yaşayır. Bu yardım olmasa, onun büdcə kəsiri 50 faizdən çox olardı. Öz maliyyə və müdafiə dayanıqlığını daimi xarici maliyyə axını olmadan təmin edə bilməyən dövlət qaçılmaz olaraq suverenliyini itirir", - deyə Medvedev bildirib.
Humay Eminqızı