- 10:49
İsrail gecə saatlarında Livanın cənubundakı Sur şəhəri yaxınlığındakı Hanaviye qəsəbəsində tibb mərkəzinə hücum edib.
E-huquq.az xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat yayıb.
Hücum nəticəsində 4 nəfər həyatını itirib, 2 tibb işçisi yaralanıb.
Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, atəşkəs elan edildikdən sonra İsrailin Livana hücumu nəticəsində ölənlərin sayı 3089-a çatıb.
Humay Eminqızı