- 10:49
Türkiyənin İzmir şəhərində sahil bölgələrində aparılan əməliyyatlar zamanı 24 qeyri-qanuni miqrant xilas edilib, 26 nəfər isə saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.
Məlumata görə, Çeşmə rayonu sahillərində rezin qayıqda olan bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edildikdən sonra əraziyə xilasetmə qrupu cəlb edilib. Qayıqda biri uşaq olmaqla 26 miqrant yaxalanıb.
Foça rayonu sahillərinə qanunsuz miqrantları daşıyan rezin qayığın mühərrikində texniki nasazlıq yaranıb. Hadisə yerinə cəlb olunan xilasetmə qrupları 24 nəfər miqrantı xilas ediblər.
Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Humay Eminqızı