"Air France" aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş etdi


  • 10:06

Fransanın "Air France" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Ebola virusu ilə bağlı yeni səyahət məhdudiyyətlərinə baxmayaraq Konqo Demokratik Respublikasından gələn bir sərnişinin səhvən təyyarəyə buraxılması səbəbindən marşrutunu dəyişib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris şəhərindən ABŞ-nin Detroit şəhərinə uçan təyyarə Kanadanın Montreal şəhərində təcili eniş edib.

ABŞ-nin aidiyyəti qurumları Şərqi və Mərkəzi Afrikada yayılan yeni Ebola epidemiyasının ölkəyə keçməsinin qarşısını almaq üçün müvəqqəti tədbirlər tətbiq edib.

Qaydalara əsasən, son 21 gün ərzində Uqanda, Konqo və Cənubi Sudanda olmuş və ABŞ vətəndaşı olmayan şəxslərin ölkəyə girişi 30 gün müddətinə məhdudlaşdırılıb.

Yeni qaydalara görə, həmin bölgələrdən gələn xarici sərnişinləri daşıyan bütün reyslər yalnız Washington Dulles International Airport hava limanına enə biləcək. ABŞ hökuməti burada əlavə sağlamlıq yoxlamaları və skrininq tədbirləri həyata keçirir.

ÜSTbildirib ki, indiyədək regionda 139 nəfər Ebola virusundan ölüb.

Humay Eminqızı

Oxşar xəbərlər