- 11:17
ABŞ Dövlət Departamenti Tanzaniya polis komissarının baş köməkçisi Fostin Cekson Mafveleni sanksiya siyahısına əlavə edib.
E-huquq.az xəbər verir ki, idarənin açıqlamasında bildirilir ki, Mafveleyə insan hüquqlarını kobud şəkildə pozmaqda iştirak etməsi səbəbindən sanksiyalar tətbiq olunub.
Bir il əvvəl Tanzaniya polisi Uqanda vətəndaşı Aqater Atuxairi və Keniya vətəndaşı Bonifeys Mvangini saxlayıb, onlara işgəncə verib və zorakılıq tətbiq edib. Sanksiyalar Mafvelənin ABŞ-yə girişini qadağan edir.
ABŞ hakimiyyəti bu hadisələri insan hüquqlarının pozulması kimi qiymətləndirib.
Zərərçəkənlər Tanzaniyanın Dar-əs-Salam şəhərində saxlanılıb. Onlar müxalifət lideri Tundu Lissunun məhkəmə prosesini izləmək üçün ora səfər etmişdilər.
Humay Eminqızı