- 10:40
Xilasedicilər Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalmış Luqansk Xalq Respublikasının Starobilsk şəhərində kollec yataqxanasının dağıntıları altından ölmüş tələbənin cəsədini çıxarıblar.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha 3 nəfərin yeri dağıntılar altında müəyyənləşdirilib.
***
Ukrayna Silahlı Qüvvələri Luqansk Xalq Respublikasındakı Starobilsk Peşə Kollecinin məktəb binasına və yataqxanasına pilotsuz uçuş aparatları ilə hücum edib.
E-huquq.az xəbər verir ki, bu barədə Luqansk Xalq Respublikasının rəhbəri Leonid Paseçnik məlumat yayıb.
O bildirib ki, hücum zamanı binada 14-18 yaş arası 86 uşaq olub, onlardan 35-i müxtəlif dərəcəli xəsarətlər alıb.
Dağıntılar altında qalan 2 nəfər xilas edilib.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Paseçnikin sözlərinə görə, şəhərdə inzibati binalar, mağazalar və fərdi evlər də zərər görüb.
Humay Eminqızı