- 11:17
Rusiyanın Krasnodar diyarında energetika obyektlərindən birində terror aktının qarşısı alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Məlumata görə, 2003-cü il təvəllüdlü Rusiya vətəndaşı Ukrayna Silahlı Qüvvələrinin əməkdaşı tərəfindən Krasnodar diyarı ərazisində yerləşən enerji infrastruktur obyektlərindən birini əldəqayırma partlayıcı qurğu ilə partlatmaq istəyib.
Şübhəli şəxs FTX əməkdaşları tərəfindən partlayıcı qurğunu götürmək üçün gizli saxlanc yerinə gedərkən saxlanılıb.
Humay Eminqızı