- 16:47
Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 880 nəfər ölüb, 2 600-dən çox insan yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının işğal altında olan Fələstin əraziləri üzrə nümayəndəsi Reynhilde Van de Verdt məlumat yayıb.
O bildirib ki, bu il Qəzzada səhiyyə xidmətlərinə qarşı 22 hücum sənədləşdirilib.
Nümayəndənin sözərinə görə, Qəzzadakı xəstəxanaların yalnız 53 faizi qismən fəaliyyət göstərir.
"Qlobal səviyyədə qəbul edilmiş əsas dərman vasitələri və tibbi ləvazimatlara dair bürokratik prosedurlar və giriş məhdudiyyətləri aradan qaldırılmalıdır", - deyə Verdt bildirib.
Onun sözlərinə görə, 12.000 xəstənin təxliyyəsində Səhiyyə Nazirliyinə dəstək veriblər.
Humay Eminqızı