- 16:41
Rusiya və Vyetnam 2030-cu ilə qədər dənizçilik sahəsində əməkdaşlıq edəcək.
E-huquq.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi və Hərbi Dəniz Qüvvələrinin Kollegiyasının rəhbəri Nikolay Patruşev ilə Vyetnamın baş nazirinin müavini və milli müdafiə naziri Phan Van Giang dənizçilik sahəsində əməkdaşlıq planını imzalayıb.
Sənəd Moskvada keçirilən Rusiya–Vyetnam dənizçilik mövzusunda məsləhətləşmələr zamanı imzalanıb.
Məsləhətləşmələrdə iki ölkə arasında hərbi-dəniz sahəsində əməkdaşlıq, gəmiqayırma və gəmi təmiri, həmçinin dənizçilik sahəsi üçün kadr hazırlığı müzakirə olunub. Ticarət gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirilib. Həmçinin hərbi-texniki əməkdaşlıq məsələləri və Transarktik nəqliyyat dəhlizinin birgə istifadəsi də gündəmə gəlib.
Humay Eminqızı