- 20:23
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ Prezidenti Donald Trampla telefon danışığında İranla yekun sazişin uranın zənginləşdirilməsi obyektlərinin sökülməsi və zənginləşdirilmiş materialın ölkədən çıxarılmasını nəzərdə tutmalı olduğu barədə ortaq mövqeyə gəliblər.
E-huquq.az xəbər verir ki, Netanyahu bu barədə "X" hesabında yazıb.
“Prezident Tramp və mən İranın nüvə təhlükəsinin aradan qaldırılması məsələsində həmfikir olduq. Bu isə İranın uranı zənginləşdirmə obyektlərinin ləğvini və zənginləşdirilmiş nüvə materialının ölkə ərazisindən çıxarılmasını nəzərdə tutur”, - deyə Netanyahu vurğulayıb.
O qeyd edib ki, məsələ ilə bağlı Tramp ilə gecə saatlarında telefon danışığı aparıb.