Anqolada qızıl mədənində torpaq sürüşməsi olub, 28 nəfər ölüb


  • 10:11

Anqolanın şimalında yerləşən qızıl mədənində torpaq sürüşməsi olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Benqo prefekturasının Nambuanqonqo şəhərində qanunsuz fəaliyyət göstərən mədən çöküb.

Hadisə nəticəsində dağıntılar altından 28 şaxtaçının meyiti çıxarılıb. Ölənlərdən 13-nün eyni ailənin üzvləri olduğu bildirilib.

Xilas edilən 3 nəfər xəstəxanaya aparılıb.

Mədəndə qaldığı ehtimal edilən daha iki nəfərin axtarışı davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər