Çində güclü yağışlarla bağlı qırmızı xəbərdarlıq elan edilib


  • 10:21

Çinin bir sıra vilayətlərində yağan güclü yağışlar daşqınlara səbəb olub.

E-huquq.az Sinxua agentliyinə istinadən xəbər verir ki, Çinin Anhui və Hubey əyalətlərində leysan yağışlarla bağlı "qırmızı xəbərdarlıq" elan edilib.

Daşqın təhlükəsi olan ərazilərdə təxliyə işləri aparılır, 1805 nəfər təhlükəsiz zonalara köçürülüb.

Zhejiang, Anhui, Jiangxi və Hubei bölgələrindəki yaşayış məntəqələri üçün isə "narıncı xəbərdarlıq" verilib.

Cənub Henan, qərb və cənub Anhuy, şimal-qərb Hunan, şimal-şərq Ciangxi və şimal-şərq Chongqing bölgələrində güclü yağışın bu gecəyə qədər davam edəcəyi gözlənilir. Bəzi bölgələrdə isə şiddətli tufanlar gözlənilir.

Həftə sonu Çunçin əyalətində baş verən daşqınlar nəticəsində 3 nəfər ölüb, 19 nəfər itkin düşüb.

Çin Fövqəladə Hallar Nazirliyi daşqınlardan zərər çəkmiş vətəndaşların əsas ehtiyaclarının ödənilməsi məqsədilə bölgəyə işçi qrupu göndərib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər