Nigeriya ordusu əməliyyat keçirdi, 92 girov xilas edildi


  • 10:28

Nigeriyanın şimal-şərqində İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatları tərəfindən girovluqda olan 92 mülki şəxs xilas edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya ordusu Borno əyalətində Boko Haram və ISWAP terror qruplaşmalarına qarşı əməliyyatlar keçirib.

Əməliyyatlar zamanı terrorçuların girov saxladığı 92 mülki vətəndaş xilas edilib.

Xilas edilənlərin 52-si kişi, 33-ü qadın və 7-si uşaqdır.

Qeyd edək ki, Nigeriyada son illər İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatları hücumlar həyata keçirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər