- 11:41
İsrail ordusunun Livanın cənubuna endirdiyi hücumlar nəticəsində ölənlərin sayı 21-ə yüksəlib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, aprelin 17-də qüvvəyə minən və mayın 17-dən sonra daha 45 gün uzadılan atəşkəsə baxmayaraq, İsrail Livana hücumlarını davam etdirir.
Nəbatiyyə əyalətinin Qərbi Sir bölgəsində bir evə edilən hücum nəticəsində 2 nəfər ölüb.
İsrailə məxsus pilotsuz uçuş aparatı Surun Bəzuriyyə qəsəbəsində motosikleti vurub. Hadisə zamanı 1 nəfər həyatını itirib.
Tora və Duveyr şəhərlərində PUA zərbələri nəticəsində daha 2 nəfər ölüb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, Ərəbsəlim qəsəbəsindəki hava hücumunda biri tibb işçisi olmaqla 2 nəfər həlak olub.
Nəbatiyyə və Tir bölgələrində yerləşən bir neçə yaşayış məntəqəsinə edilən zərbələr nəticəsində isə 14 nəfər ölüb.
"Hizbullah" atəşkəsin pozulmasına cavab olaraq Livanın cənubundakı işğal olunmuş ərazilərdə İsrail hərbçiləri və hərbi mövqelərinə qarşı ən azı 28 hücum həyata keçirdiyini bildirib.
Şəbnəm Mehdizadə