Türkiyədə mebel fabrikində güclü yanğın baş verib


  • 11:37

Türkiyənin Qaziantep şəhərində fabrikdə güclü yanğın baş verib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Şehitkamil rayonunda yerləşən mebel fabrikində naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə yanğınsöndürənlər, tibb və jandarma qrupları cəlb edilib.

Yanğınsöndürənlər 33 maşın və 72 canlı qüvvə ilə təxminən 3 saatlıq işdən sonra yanğını nəzarətə götürüb.

Binada soyutma işləri davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər