Məzmuna keç

Türkiyədə ağır yol qəzası:

Türkiyənin Adana şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Adananın Sarıçam rayonu, Menekşe məhəlləsində 2 avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Qəzanın səbəbi araşdırılır.

Şəbnəm Mehdizadə