- 13:16
Rusiyanın Moskva vilayətinin Yevseevo kəndində yerləşən fərdi yaşayış evində güclü yanğın baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Gecə saatlarında başlayan yanğın 28 kvadratmetr ərazini əhatə edib.
Hadisə nəticəsində ikisi uşaq olmaqla 5 nəfər həyatını itirib.
İlkin ehtimallara görə, yanğına elektrik naqillərində qısaqapanma səbəb olub.
Yanğının səbəbləri araşdırdırılır.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açıb.
Humay Eminqızı