- 13:16
Rusiya Argentina ilə həm ikitərəfli, həm də beynəlxalq miqyasda əməkdaşlığın daha da gücləndirilməsində maraqlıdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Argentina Milli Günü ilə bağlı bəyanatında deyilir.
“Rusiya Federasiyası həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda Argentina ilə dostluq əlaqələrinin və çoxtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğunu təsdiqləyir. Ölkələrimizin xalqlarımızın maraqları naminə uğurlu qarşılıqlı fəaliyyəti genişləndirmək üçün böyük potensialı var”, - bəyanatında bildirilib.
Humay Eminqızı