Pakistanda qatarın partlaması nəticəsində ölənlərin sayı 47-yə çatıb


  • 13:16

Pakistanın Bəlucistan əyalətində qatarda partlayış nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Xinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, yaralıların sayı isə 100 nəfə çatır.

Xatırladaq ki, Pakistanın Bəlucistan əyalətində hərbçiləri daşıyan qatar keçərkən dəmir yolu yaxınlığında bomba partlamışdı. Nəticədə qatarın 3 vaqonu relsdən çıxıb, ikisi aşıb.

Humay Eminqızı

Oxşar xəbərlər