- 13:16
Hindistanın dövlət yanacaq şirkətləri benzin və dizel yanacağının pərakəndə satış qiymətlərini artırıblar.
E-huquq.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.
Artım müvafiq olaraq hər litr üçün 2,61 rupi (0,0273 dollar) və 2,71 rupi (0,0284 dollar) təşkil edib.
Mayın 25-də Yeni Dehlidə 1 litr benzinin qiyməti 102,12 rupi, dizelin 1 litri isə 95,20 rupi olub.
Qiymət artımı son 10 gün ərzində ölkədə artıq dördüncü dəfə baş verib. Belə ki, mayın 15-də qiymətlər 3 rupi, mayın 19-da 0,9 rupi, mayın 23-də isə 0,7 rupi artırılmışdı. Yanacağın ümumi qiymət artımı 7,5 rupi təşkil edib.
Dövlət neft şirkətlərinin Yaxın Şərq münaqişəsi və zəifləyən rupinin vurduğu ziyanı azaltmaq səyləri fonunda Hindistanda yanacağın qiymətləri son dörd ildə ilk dəfə bütün ölkə üzrə yüksəlir.
Humay Eminqızı