Rusiyadan Türkiyəyə getməli olan gəmidə minalar aşkar edildi


  • 15:59

Belçikadan Rusiyaya yüklənmək üçün gələn və daha sonra Türkiyəyə yola düşməli olan gəmidə terror aktının qarşısı alınıb.

E-huquq.az xəbər veriri ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Məlumata görə, gəmi mayın 20-də dəniz limanına daxil olub.

Belçikanın “Antverpen” limanından Leninqrad vilayətinin Kinqisepp rayonundakı “Ust-Luqa” limanına yüklənmək üçün gəlmiş və daha sonra Türkiyənin “Samsun” limanına yola düşməli olan “Arrhenius” adlı qazdaşıyan gəminin gövdəsinin sualtı hissəsinin yoxlanışı zamanı dalğıclar maqnitlərlə bərkidilmiş kənar əşyalar aşkar ediblər.

Baxış zamanı müəyyən olunub ki, bunlar dəniz maqnit minaları tipində hazırlanmış partlayıcı qurğulardır. Hər cihazda təxminən 7 kq plastik partlayıcı olub.

Gəmi kapitanının dindirilməsi zamanı məlum olub ki, gəminin agenti Belçikanın Antverpen limanında yükü boşaltmazdan əvvəl gəmini lövbərə göndərib və o, guya liman işçilərinin tətili ilə əlaqədar olaraq orada təxminən bir gün yarım qalıb.

"Mütəxəssislərin qiymətləndirmələrinə görə, maqnit minalarının quraşdırılması Rusiyanın ərazi sularında baş verə bilməzdi", - FTX bildirir.

Rusiya İstintaq Komitəsi Rusiya Cinayət Məcəlləsinin terror aktına cəhd və partlayıcı qurğuların qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi açıb. Hazırda cinayətdə iştirak edən bütün şəxslərin müəyyən edilməsi üçün bir sıra istintaq hərəkətləri və əməliyyat axtarışları aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər