Bəqai: "Hörmüz boğazından tranzit üçün heç bir rüsum alınmayacaq"


  • 16:39

İran Hörmüz boğazından keçid üçün rüsum alınacağı ilə bağlı iddiaları təkzib edib.

E-huquq.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai məlumat verib.

O bildirib ki, boğazın idarəçiliyi sahilyanı ölkələrin nəzarətindədir və tranzit üçün əlavə ödəniş tətbiq edilmir. Bəqai qeyd edib ki, bəzi xidmətlərə görə xərc yarana bilər, lakin bu, tranzit haqqı sayılmır.

İran rəsmisi ABŞ ilə davam edən danışıqlara da toxunub. Onun sözlərinə görə, bəzi məsələlər üzrə ümumi çərçivə müəyyənləşdirilib. Lakin bu, yaxın zamanda yekun razılaşmanın əəldə ediləcəyi dmeək deyil.

Bəqai əlavə edib ki, mümkün razılaşma regiondakı bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını da əhatə edə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər