ÜST: Konqodakı vəziyyət yoluxma hallarının vaxtında aşkarlanmasına mane olur


  • 16:47

Konqo Demokratik Respublikasında 900-dən çox şəxsdə Ebola virusuna yoluxma şübhəsi qeydə alınıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus məlumat verib.

Onun sözlərinə görə, indiyədək 101 nəfərin Ebola virusuna yoluxduğu təsdiqlənib.

Epidemiyanın yayıldığı İturi əyalətində təxminən 5 milyon insan silahlı qarşıdurma şəraitində yaşayır. Bölgədə hər 4 nəfərdən 1-i humanitar yardıma ehtiyac duyur, hər 5 nəfərdən 1-i isə məcburi köçkündür.

ÜST rəhbəri bildirib ki, bölgədəki çətin vəziyyət yoluxma hallarının vaxtında aşkarlanmasına mane olur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər