Fransanın cənubunda dinozavr yumurtaları aşkarlanıb


  • 17:05

Fransanın cənubunda 100 ədəd fosilləşmiş dinozavr yumurtası aşkar edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın cənubundakı sahil şəhəri Mezedə tapılan kəşf elmi ictimaiyyətidnə müzakirələrə səbəb olub.

Bölgədəki Dinozavr Muzeyi və Parkı ərazisində çalışan tədqiqatçılar hər biri kiçik bir qovun ölçüsündə olan 100-ə yaxın fosilləşmiş dinozavr yumurtası aşkar ediblər. İlkin araşdırmalar yumurtaların təxminən 72 milyon il əvvəl, Son Təbaşir dövrünə aid olduğunu göstərir.

Geoloq və muzeyin qurucusu Alain Cabot bölgədə daha böyük fosil sahəsinin tapıla biləcəyini söylədi.

Tədqiqatçıların fikrincə, yumurtalar uzunluğu təxminən 15 metrə və çəkisi 20 tona çatan nəhəng ot yeyən titanosaurlara aid ola bilər.

Mütəxəssislər hesab edirlər ki, tarixdən əvvəlki daşqınlar və çay dalğaları yumurtaları çöküntü ilə örtüb, milyonlarla il qoruyub saxlayıb.

Qalıqların oğurlanmasının qarşısını almaq üçün ərazidə xüsusi mühafizə tədbirləri görülür. Muzey rəhbərliyi qazıntı işlərinin davam etdiriləcəyini açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər