- 25 May 23:14
İsrail dron hücumlarına cavab olaraq Livandakı Hizbullah hədəflərinə zərbələri gücləndirmək niyyətindədir.
E-huquq.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Telegram kanalında paylaşdığı qısa video mesajında bildirib.
Onun sözlərinə görə, İsrail ordusu cəmi bir neçə həftə ərzində şiə milislərinin 600-dən çox üzvünü öldürüb: "Biz hücumdan əl çəkmirik. Əksinə, mən hücumu daha da gücləndirmək əmrini verdim. Biz onları vuracağıq. Bəli, onlar bizə dronlar atırlar. Bununla məşğul olan xüsusi komandamız var və biz bu problemi də həll edəcəyik".
Hizbullah və İsrail arasında 17 apreldən bəri atəşkəs qüvvədədir, lakin hər iki tərəf Livan-İsrail sərhədi boyunca bir-birinə hücumları davam etdirir.