Putin: "Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib"


  • 12:35

"Dünyada hərbi-siyasi vəziyyət nəzərəçarpacaq dərəcədə mürəkkəbləşib".

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasının iştirakçılarına müraciətində deyilir.

"Bu gün qlobal hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib. Yaxın Şərqi ciddi böhran bürüyüb. Sərhədlərimizə yaxın ərazilər də daxil olmaqla, yeni qeyri-sabitlik mərkəzləri yaranıb. Bununla əlaqədar olaraq, Birliyin bütövlükdə potensial daxili və xarici təhdidlərdən etibarlı şəkildə qorunması üçün strukturlarınızın analitik, kadr, operativ və texniki imkanlarından maksimum istifadə etmək, mütəmadi olaraq informasiya mübadiləsi aparmaq, ümumi vəzifələrin həllində vahid yanaşmalar formalaşdırmaq vacibdir", - Putin deyib.

O qeyd edib ki, görüşdə peşəkar məsələlərin geniş spektri müzakirə olunacaq. Bunlara terrorizm və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq və digər sistemli təhlükəsizlik təhdidlərinə qarşı daha effektiv mübarizə daxildir.

"Əminəm ki, görüşün nəticələri ölkələrimizin və xalqlarımızın təhlükəsiz və sabit inkişafına töhfə verəcək", - Putin deyib.

Humay Eminqızı

Oxşar xəbərlər