- 12:35
İranda Yaxın Şərqdən enerji təchizatında geniş miqyaslı fasilələrə və qiymətlərin sürətlə artmasına səbəb olan müharibə bir sıra Qərb ölkələrinin iqtisadiyyatına zərbə vurub.
E-huquq.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Hesabatda qeyd olunur ki, böhranın nəticələrindən biri inkişaf etmiş ölkələrdə real əmək haqqı artımının ləngiməsi olub. ABŞ-də maaş artımı istehlak qiymətlərinin artımından aşağı olub - 3,6 faizə qarşı 3,8 faiz. Beləliklə, ödənişlərin indeksasiyası inflyasiyanın sürətlənməsi səbəbindən faktiki olaraq nəticəsiz qalıb.
Bənzər vəziyyət Böyük Britaniyada da yaranıb. Bu ölkədə yanvar-mart aylarının yekunlarına görə real maaşların artımı demək olar ki, sıfıra bərabər olub. Həmçinin, Fars körfəzi ölkələrindən neft və mayeləşdirilmiş təbii qaz tədarükünün kəskin azalması səbəbindən enerji böhranının gücləndiyi avrozona dövlətləri də təhlükə altına düşüb. Ekspertlərin sözlərinə görə, bu vəziyyət Ukraynadakı münaqişənin səbəb olduğu və 2022-ci ildə baş verən inflyasiya sıçrayışından sonra əhalinin gəlirlərinin bərpasını təhdid edir.
Əgər Hörmüz boğazının blokadası uzun müddət davam edərsə, dünya enerji bazarının böhranın yeni mərhələsi ilə üzləşə biləcəyi qeyd olunur.
Yay aylarında yanacağa tələbatın artması fonunda Yaxın Şərqdən neft və digər enerji resurslarının onsuz da qismən pozulmuş tədarükünə yükün daha da artacağı gözlənilir.
Humay Eminqızı