İran ölkənin hava məkanına müdaxilə etdiyinə görə ABŞ-ni hədələdi


  • 16:15

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ni İranın hava məkanına müdaxiləyə cavab verəcəyi ilə hədələyib.

E-huquq.az xəbər verir ki. bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“ABŞ-nin terrorçu ordusu regionda öz müdaxiləçi avantüralarını və aqressiv hərəkətlərini davam etdirərək Fars körfəzi bölgəsində İranın hava məkanına daxil olub. SEPAH cavab tədbirləri görmək hüququnu qanuni və mütləq hesab edir”, - məlumatda deyilir.

SEPAH-ın məlumatına görə, İran hərbçiləri MQ-9 pilotsuz uçuş aparatını vurublar, həmçinin F-35 təyyarəsini və RQ-4 dronunu İranın hava məkanını tərk etməyə məcbur ediblər.

Humay Eminqızı

Oxşar xəbərlər