- 16:50
Avropa İttifaqı öz diplomatlarını Kiyevdən təxliyə etməyəcək, əksinə, Ukraynaya hərbi dəstəyi artıracaq.
E-huquq.az xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Anita Hipper Brüsseldə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin qərb diplomatlarının Kiyevdən təxliyə edilməsinin zəruriliyi ilə bağlı xəbərdarlığını şərh edərkən deyib.
"Aİ Kiyevdəki diplomatik mövcudluğunu davam etdirəcək", - Hipper bildirib.
O əlavə edib ki, Aİ qeyri-hərbi hədəflərə edilən hücumlara görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çalışacaq.
Humay Eminqızı