Zelenski Trampa HHM sistemlərinin kəskin çatışmazlığı ilə bağlı təcili məktub göndərdi


  • 18:33

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və ABŞ Konqresinə Ukraynada Hava Hücumundan Müdafiə sistemlərinin çatışmazlığı barədə xəbərdarlıq məktubu göndərib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna mediası prezidentin müşaviri Dmitri Litvinə istinadən məlumat yayıb.

"Raketdən müdafiə məsələsinə gəldikdə, dostlarımıza güvənirik", - məktubda deyilir.

Ukraynanın ballistik raketlərdən müdafiə məsələsində demək olar ki, tamamilə ABŞ-dan asılı olduğu vurğulanır.

Zelenskinin məktubunda PURL proqramı vasitəsilə əldə edilən silahların həcminin artıq Kiyevin üzləşdiyi real təhlükə səviyyəsinə uyğun gəlmədiyi də qeyd olunub.

Oxşar xəbərlər