- 14:31
Keniyada məktəbdə baş verən yanğın nəticəsində azı 15 şagird ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə gecə saatlarında Keniyanın Rift Valley bölgəsindəki qızlar məktəbinin yataqxanasında baş verib.
Yanğın zamanı azı 15 şagird həyatını itirib, bir neçə nəfər isə xəsarət alıb.
Hadisənin səbəbi hələlik məlum deyil.
“Kenyans.co.ke” portalı isə 16 şagirdin öldüyünü, 74 nəfərin yaralandığını bildirib. Məlumata görə, yanğın şagirdlər yatarkən başlayıb və qısa müddətdə binaya yayılıb.