İsrailin Livana hava hücumları nəticəsində 9 nəfər ölüb


  • 14:03

Mayın 27-28-də İsrailin Livanın Tir şəhərinə və digər ərazilərə hava hücumları nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb.

E-huquq.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 27-də Tir şəhərinə zərbə nəticəsində 3 nəfər ölüb, 37 nəfər yaralanıb.

Həmçinin bildirilib ki, İsrailin Livanın cənubundakı Adloun şəhərinə zərəbələri nəticəsində 2 uşaq daxil olmaqla, daha 6 nəfər ölüb.

Qeyd edək ki, daha əvvəl İsrail ordusu Tir sakinlərini şəhərə növbəti hava hücumlarına hazırlıq məqsədilə dərhal təxliyə olunmağa və Zəhrani çayının şimalına getməyə çağırmışdı.

Oxşar xəbərlər