- 16:03
Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda zəlzələ baş verib.
E-huquq.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Çinin seysmoloji şəbəkələr mərkəzi məlumat yayıb.
Bildirilib ki, 5 maqnitudalı zəlzələ regionun şərq hissəsindəki Turfan şəhəri yaxınlığında yerli vaxtla saat 14:55-də (Bakı vaxtı ilə 10:55-də) baş verib.
Dağıntılar və ya zərərçəkənlər barədə məlumat yoxdur.