Los-Ancelesdə erməni qadın iki uşağını, ərini və özünü öldürdü


  • 16:03

ABŞ-ın Los-Anceles şəhərində erməni qadın iki azyaşlı uşağını, ərini və daha sonra özünü öldürüb.

E-huquq.az-ın məlumatına görə, “Eyewitness News” yazır ki, adı hələlik açıqlanmayan qadın 2 yaşlı oğlu Alek Basmacyanı, yeni doğulmuş qızı Ella Basmacyanı və əri, 31 yaşlı Xajak Basmacyanı qətlə yetirib, sonra isə özünə qəsd edib.

Polis bildirib ki, şübhəli şəxs axtarmırlar, çünki hadisənin qətl - özünə qəsd olduğu təsdiqlənib.

Qadının əri Xajak Basmacyanın “BlackLine” şirkətində proqramçı işlədiyi bildirilir.

Hadisənin motivləri hələlik açıqlanmır.

Araşdırmalar davam edir.

Oxşar xəbərlər