- 16:03
Son 24 saat ərzində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) koordinasiyası ilə 24 gəminin Hörmüz boğazından keçidi təmin olunub.
E-huquq.az xəbər verir ki, bu barədə SEPAH məlumat yaytıb.
"Son 24 saat ərzində neft tankerləri, konteyner gəmiləri və digər ticarət gəmiləri daxil olmaqla, 24 gəmi icazə aldıqdan sonra SEPAH HDQ-nin koordinasiyası və təhlükəsizlik təminatı ilə Hörmüz boğazından keçib", - məlumatda bildirilib.
Qeyd olunub ki, Hörmüz boğazına nəzarət qətiyyətlə həyata keçirilir və hər hansı pozuntunun qarşısı sərt şəkildə alınacaq.