Rusiyanın Ermənistandakı səfiri geri çağırıldı


  • 11:07

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiyanın Ermənistan səfiri S.P. Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb. Buna səbəb Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşmaya yönəlmiş və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlığa zərər vuran addımlarıdır”, - nazirliyin məlumatında bildirilib.

Oxşar xəbərlər