Rusiya Ədliyyə Nazirliyinin binasına bomba qoymaq istəyən şəxs həbs edildi


  • 00:51

Moskva məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin binasına bomba qoymağa cəhd edən Vitali Larin adlı şəxsin barəsində həbs qətimkan tədbiri seçib.

E-huquq.az xəbər verir ki, bu barədə TASS-a Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

"Moskvanın Basmannı Rayon Məhkəməsinin qərarı ilə Vitali Vladimiroviç Larin barəsində 29 iyul 2026-cı ilə qədər həbs qətimkan tədbiri seçilib" - məlumatda qeyd olunur.

Hadisənin detalları açıqlanmır.

Oxşar xəbərlər