- 08:31
ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlar zamanı Tehranın nüvə silahı hazırlamamaq və əldə etməmək öhdəliyini qəbul etdiyini bildirib.
E-huquq.az xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
ABŞ liderinin sözlərinə görə, ilkin mərhələdə İran yalnız nüvə silahı istehsal etməyəcəyini bəyan edib. Lakin Vaşinqtonun tələbindən sonra bu müddəa genişləndirilib.
"Onlar əvvəlcə deyirdilər ki, nüvə silahı yaratmayacaqlar. Mən soruşdum ki, bəs əgər nüvə silahı alsanız necə? İndi isə saziş layihəsində qeyd olunur ki, İran nüvə silahı hazırlamayacaq və heç bir şəkildə satın almayacaq. Bu, böyük fərqdir", - deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, potensial razılaşma imzalandıqdan dərhal sonra Hörmüz boğazının açılmasını da nəzərdə tutur.