- 11:44
Qəzzada İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 72 min 939 nəfərə çatıb, 172 min 927 nəfər isə yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Son 24 saat ərzində bir nəfər həlak olub, daha 8 nəfər yaralanıb.
Qeyd olunub ki, bir sıra qurbanların meyitləri hələ də dağıntılar altında və küçələrdə qalıb. Xilasetmə və təcili yardım qruplarının həmin ərazilərə çatmasının mümkün olmadığı bildirilir.